المختصر (الأذرية)
سورة الرعد · 13:20الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَلَا يَنْقُضُونَ الْمِيثَاقَ
20. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.
تفسیر
Yalnız Allahın çağırışına icabət edən kimsələr, Allaha və Onun qullarına verdikləri sözü yerinə yetirər, Allahla və qeyriləri ilə bağladığları möhkəm əhdləri əsla pozmazlar.