Al-Mukhtasar (Azerbaijani)
Fatir · 35:26ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
26. Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu!
Tafsir
Buna rəğmən onlar Allaha və Onun peyğəmbərlərinə küfr etdilər, üstəlik, onların Allah tərəfindən gətirdiklərini təsdiq etmədilər. Buna görə də, Mən küfr edənləri məhv etdim. Bir görəydin, ey Peyğəmbər, Mənim onları məhv etməyim necə oldu!