Al-Mukhtasar (Azerbaijani)
Ibrahim · 14:39الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاءِ
39. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları qəbul edəndir.
Tafsir
Şükür və həmd-sənalar duamı qəbul edib mənə saleh övladlar verən Allaha aiddir. O, qoca vaxtımda mənə Həcərdən İsmaili, Saradan isə İshaqı bəxş etdi. Həqiqətən, Uca Rəbbim Ona dua edənin duasını eşidib qəbul edəndir!