Al-Mukhtasar (Azerbaijani)
Ar-Rum · 30:59كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ
59. Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir.
タフスィール
Allah, gətirdiyiniz möcüzələrə iman etməyən kimsələrin qəlblərini möhürlədiyi kimi, təbliğ etdiyinizin haqq olduğunu bilməyənlərin də qəlblərini belə möhürləyər.