Al-Mukhtasar (Azerbaijani)
Luqman · 31:4الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
4. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.
Tafsir
O kəslər ki, namazlarını ən kamil şəkildə əda edir, mallarının zəkatını verir və axirətdə olacaq dirilməyə, haqq-hesaba çəkilməyə, savaba nail olmağa və ya cəzaya məruz qalmağa tam yəqinliklə iman edirlər.