Al-Mukhtasar (Azerbaijani)
Saba · 34:28وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
28. Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.
Tafsir
Ey Peğəmbər, Biz səni bütün insanlara - müttəqilərə Cənnətlə müjdə verən, kafirləri və günahkarları Cəhənnəmlə qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir. Əgər bilsəydilər, səni yalançı hesab etməzdilər.