المختصر (الأذرية)

سورة الحشر · 59:3

وَلَوْلَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ

3. Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır.

تفسیر

Əgər Allah onlara yurdlarından sürgün edilmək hökmünü yazmasaydı, onları elə bu dünyada qətlə yetirmək və kölə etməklə əzab verərdi. Axirətdə isə onları, içində əbədi qalacaqları Cəhənnəm əzabı gözləyir.