المختصر (الأذرية)
سورة محمد · 47:2
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ
2. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır.
Allaha iman gətirib yaxşı işlər görən və özlərinin Rəbbindən haqq olaraq - Allahın Öz Rəsulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyinə iman gətirən kimsələrin isə Allah günahlarından keçmiş və bunlara görə onlar qınanmayacaqlar, üstəlik, onların dünya və axirət işlərini yoluna qoymuşdur.