المختصر (الأذرية)
سورة محمد · 47:18
فَهَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ
18. Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?
Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat onları yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!