المختصر (الأذرية)
سورة محمد · 47:14
أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ
14. Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!
Məgər öz Rəbbindən açıq-aydın dəlil-sübuta istinad edən və elmə əsaslanaraq Allaha ibadət edən kimsə, pis əməli şeytan tərəfindən özlərinə gözəl göstərilən və öz nəfslərinin istəklərinə uyan - bütlərə ibadət edən, günah işlər görən və peyğəmbərləri yalançı sayan kimsələr kimi ola bilərmi?!