المختصر (الأذرية)
سورة غافر · 40:44فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
44. Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir.”
تفسیر
Onlar onun nəsihətini rədd etdikdə, o dedi: "Sizə etdiyim nəsihəti mütləq xatırlayacaq və bu nəsihəti qəbul etmədiyinizə görə peşman olacaqsınız. Mən bütün işlərimi təkcə Uca Allaha həvalə edirəm. Uca Allaha, qullarının əməlllərindən heç bir şey gizlin qalmaz”.