المختصر (الأذرية)
سورة الزمر · 39:46
قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
46. De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!”
Ey Peyğəmbər, de: “Ey göyləri və yeri bənzəri olmayan bir biçimdə xəlq edən, qeybdə və aşkarda olanı bilən Allahım! Bunlardan heç bir şey Səndən gizli qalmaz. Dünyada qullarının arasında baş vermiş ziddiyyətlər barədə qiyamət günü hökmü yalnız Sən verəcək, kimin haqq, kimin batil, habelə, kimin xoşbəxt, kimin də bədbəxt olduğunu Sən bəyan edəcəksən”.