المختصر (الأذرية)
سورة الزمر · 39:1
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
1. Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.
Quran, başqası tərəfindən deyil, əksinə, heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, işləri idarə etmək və həmçinin şəri əhkamların təyin edilməsi xüsusunda Müdrik olan Allah tərəfindən nazil edilmişdir.