المختصر (الأذرية)
سورة السجدة · 32:26أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ
26. Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsli məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər var. Məgər onlar qulaq asmırlar?
تفسیر
Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?!