المختصر (الأذرية)
سورة لقمان · 31:31أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُمْ مِنْ آيَاتِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
31. Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir.
تفسیر
Ey insanlar! Onun qüdrətinə və lütfünə dəlalət edən möcüzələrdən bəzisini sizə göstərmək üçün dənizdə gəmilərin Allahın lütfü və qüdrəti sayəsində üzdüyünü görmürsünüzmü?! Şübhəsiz ki, bunda hər bir müsibətə səbir edən və nail olduğu hər bir nemətə şükür edən kimsələr üçün Allahın qüdrətli olduğuna dair dəlillər vardır.