المختصر (الأذرية)
سورة لقمان · 31:25وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
25. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu bunu bilmir.
تفسیر
Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaradıb?”– deyə soruşsan, onlar mütləq: “Onları Allah yaradıb!”– deyəcəklər. Onlara de: “Həmd, sizə dəlil-sübut göstərən Allaha məxsusdur!” Lakin onların əksəriyyəti, cahil olduğu üçün həmdin kimə məxsus olduğunu bilmir.