المختصر (الأذرية)
سورة لقمان · 31:22۞ وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ ۗ وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ
22. Muhsin olub özünü Allaha təslim edən kəs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.
تفسیر
Kim öz ibadətini ixlasla Allaha yönəldər və yaxşı işləri də Onun rizası üçün edərsə, nicat tapmaq üçün ən möhkəm ipdən yapışmış olar və tutduğu ipin qırılacağından qorxmaz. Bütün işlərin sonu tək Allaha qayıdar və O, hər kəsə layiq olanı (mükafatını və ya cəzasını) verər.