المختصر (الأذرية)
سورة آل عمران · 3:62إِنَّ هَٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
62. Həqiqətən, bu, gerçək bir əhvalatdır. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmət sahibidir.
تفسیر
İsa - aleyhissəlam - barədə sənə bildirdiyimiz bu xəbər, həqiqətən, yalan və şəkk olmayan gerçək bir xəbərdır. Tək Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şübhəsiz ki, Allah mülkündə qüdrətlidir. İdarə etməyində, işlərində və xəlq etməyində hikmət sahibidir.