المختصر (الأذرية)
سورة العنكبوت · 29:54يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcək.
تفسیر
Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cəhənnəm onları hər tərəfdən bürüyəcək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər.