المختصر (الأذرية)
سورة العنكبوت · 29:48وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ
48. Sən bundan əvvəl nə bir Kitab oxuya bilir, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
تفسیر
Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxuya bilir, nə də sağ əlinlə yaza bilirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.