المختصر (الأذرية)
سورة المؤمنون · 23:111إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ
111. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
تفسیر
Şübhəsiz ki, Qiyamət günü Mən, iman gətirən mömin qullarımı, Allaha ibadətdə və sizdən gördükləri əziyyətlərə səbir etdiklərinə görə, Cənnətlə mükafatlandıracağam.