المختصر (الأذرية)
سورة إبراهيم · 14:34
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ
34. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
O sizə istədiyiniz və istəmədiyiniz hər bir şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, o nemətlərin çoxluğundan və növbənöv olmasından onları sayıb qurtara bilməzsiniz. Sizə xatırlanan bu nemətlər isə sizə bəxş edilən nemətlərdən cüzi bir hissəsidir. Həqiqətən, insan öz nəfsinə qarşı zalımdır və Uca Allahın ona verdiyi nemətlərə çox nankorluq edəndir.