المختصر (الأذرية)

سورة إبراهيم · 14:3

الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ بَعِيدٍ

3. O kəslər ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yo­lundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər.
Kafirlər nemətləri fani olan dünya həyatını, nemətləri əbəbi olan axi­rət həyatından üstün tutur, insanları Allah yo­lundan sapdırır və kiminsə bu haqq yolu tutmasın deyə, insanlara bu yolu, əyri bir yol kimi göstərməyə çalışırlar. Bu sifətlərə sahib olan kimsələr, haqq və həqiqətdən uzaq düşüb, azan kimsələrdir.

14:3 · المختصر (الأذرية)