المختصر (الأذرية)
سورة الرعد · 13:5۞ وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
5. Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
تفسیر
Ey Peyğəmbər! Əgər hər hansı bir şeydən təəccüblənirsənsə, onların öldükdən sonra yenidən diriləcəklərinə və bu dirilməni inkar edərək: "Biz ölüb torpaq olduqdan və sümüklərimiz çürüdükdən sonra yenidənmi diriləcəyik" – demələrinə təəccüblənməyin daha münasibdir. Öldükdən sonra dirilməyi inkar edən kimsələr, Rəbbinə küfr edən və Rəbbinin ölüləri diriltməyə qadir olmasını inkar edən kimsələrdir. Qiyamət günü o kimsələrin boyunlarına oddan zəncirlər vurulacaq. Onlar Cəhənnəm sakinləridirlər və onlar orada əbədi qalacaqlar. Onlar orada əsla ölməzlər və əzabları bir anlıq belə kəsilməz.