المختصر (الأذرية)
سورة يونس · 10:7إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ
7. Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –
تفسیر
Şübhəsiz ki, Allahla qarşılaşacaqlarına ümid edərək Ondan qorxub, Allaha itaət etməyənlərin, əbədi qalacaq axirət həyatını fani dünya həyatı ilə dəyişməyə razı qalıb onunla rahatlıq taparaq, sevinənlərin və Allahın ayələrindən və açıq-aydın dəlillərindən üz çevirib bunlara səhlənkar yanaşanların –