المختصر (الأذرية)
سورة يونس · 10:19وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ
19. İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.
تفسیر
İnsanlar tək Allaha ibadət edən, Ona şərik qoşmayan, yalnız Allaha inanan vahid bir ümmət idilər. Sonra onlardan bəziləri öz imanlarında sabit qaldı, bəziləridə Allaha küfr etdilər. Əgər Allah əzəldən aralarında ixtilafa düşdükləri şey barədə dünyada deyil, yalnız axirətdə hökm verecəyini söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında elə dünyada hökm verər, haqq yolda olanla zəlalətdə olanı bir-birindən ayırd edərdi.