Al-Mukhtasar (Azerbaijani)
Yunus · 10:2أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِنْهُمْ أَنْ أَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَٰذَا لَسَاحِرٌ مُبِينٌ
2. İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.
ތަފްސީރު
Məgər insanlara Allahın əzabından çəkinməyi əmr edən, özlərindən olan bir kişiyə vəhy etməyimiz onlara doğurdanmı qəribə göründü? Ey Peyğəmbər! Allaha iman gətirən kimsələrə onları sevindirəcək şeylərlə müjdələr ver. Dünyada ikən etdikləri saleh əməllərin mükafatı olaraq onları Rəbbi yanında yüksək dərəcələr gözləyir. Kafirlər isə: "Şübhəsiz ki, bu, ayələrlə gələn adam, açıq-aşkar bir sehrbazdır!" – dedilər.