Al-Mukhtasar (Azerbaijani)
Ghafir · 40:69أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
69. Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də haqqa qarşı dönük çıxırlar!
Tafsír
Ey Peyğəmbər, Allahın açıq-aydın ayələrini təkzib edərək onların barəsində mübahisə edənləri görmürsənmi?! Onların halına bax gör, gün kimi aydın olan haqdan necə üz döndərirlər!