Al-Mukhtasar (Azerbaijani)
An-Nisa · 4:47يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
47. Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə, yanınızda olanları təsdiqləyici kimi nazil etdiyimiz Qurana iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
Tafsír
Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üzlərdə olan hissiyatı silib, üzlərini arxalarına tərəf çevirməmişdən, yaxud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şənbə əhlini Allahın rəhmətindən qovduqumuz kimi onları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyimizə iman gətirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq yerinə yetəcəkdir və buna heç bir şübhə ola bilməz.