Al-Mukhtasar (Azerbaijani)
Luqman · 31:6وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ
6. İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir.
Tafsír
İnsanlar arasında - Nədr ibn əl-Haris kimi - elə adamlar var ki, heç bir biliyi olmadan insanları Allahın dinindən sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözlər danışır. Bu vəsfləri özündə əks etdirən kimsələri axirətdə alçaldıcı bir əzab gözləyir.