Al-Mukhtasar (Azerbaijani)
Al-'Ankabut · 29:34إِنَّا مُنْزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ
34. Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən əzab endirəcəyik”.
Tafsír
Biz bu məmləkətin əxlaqsızlıq edən sakinlərinin üstünə göydən əzab endirəcəyik. O əzab, onların Allahın itaətindən çıxaraq, çirkin əməllər etdiyindən dolayı üstlərinə, odda bişmiş gil daşların ardıcıl olaraq yağmasıdır. Onların etdikləri bu çirkin əməl, qadınları tərk edib, şəhvətlə kişilərə yaxınlaşmalarıdır.