Al-Mukhtasar (Azerbaijani)
Saba · 34:53
وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ
53. Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər.
Onlar necə iman gətirə bilər və bu, onlardan necə qəbul ola bilər ki, onlar dünya həyatında onu inkar edir və haqdan uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər, üstəlik, Rəsulullah -səllallahu aleyhi və səlləm- barədə: "O, sehrbazdır, kahindir, şairdir"- deyirdilər.
34:53 · Al-Mukhtasar (Azerbaijani)