Surə 96 · Cüz 30
Al-Alaq · 96:19
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩
19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
Təfsir
Bu iş heç də o zalimin düşündüyü kimi deyil, o sənə heç bir pislik edə bilməz. Onun əmrinə və qadağasına itaət etmə. Sən Allaha səcdə et və Allahın buyuruqlarını yerinə yetirərək Ona yaxınlaş. Həqiqətən də, bunlar Allaha yaxınlaşdıran vasitələrdir.