Surə 9 · Cüz 10

At-Tawbah · 9:88

لَٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ وَأُولَٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

88. Lakin Allahın Elçisi və onunla birgə iman gətirənlər mal­ları və canları ilə cihad et­dilər. Onlar üçün nemətlər ha­zırlanmış­dır. Məhz onlar uğur qaza­nan­lardır.

Təfsir

Amma Allahın Elçisi və möminlər, münafiqlər kimi Allah yolunda cihad etməkdən geridə qalmadılar. Əksinə onlar mal­ları və canları ilə Allah yolunda cihad et­dilər. Elə buna görə də onların Allah yanında mükafatı, qələbə və qənimət kimi dünya mənfəətlərinə, qiyamət günü isə, Cənnətə daxil olub, qorxduqları cəhənnəm əzabından nicat taparaq axirət mənfəətlərinə nail olmalarıdır.

Oxuyucuda aç - Surəni tam oxu

At-Tawbah 9:88 · Tlawati