Surə 9 · Cüz 10
At-Tawbah · 9:83
فَإِنْ رَجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُلْ لَنْ تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَنْ تُقَاتِلُوا مَعِيَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُمْ بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَ
83. Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar döyüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə döyüşə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də evdə oturun!”
Təfsir
Ey Peyğəmbər! Əgər Allah səni nifaq əməllərində davam edən o münafiq zümrənin yanına qaytarsa və onlar səninlə birğə başqa döyüşə çıxmaq üçün səndən izin istəsələr, onlara belə de: "Ey münafiqlər! Həm sizin mənimlə birgə olmağınızın şərindən qorunmaq üçün həm də ki, sizə Allah tərəfindən bir cəza olaraq siz bir daha mənimlə Allah yolunda cihad etməyə çıxmayacaqsınız. Çünki siz Təbuk döyüşündə geridə qalıb öz evlərinizdə oturmağa razı oldunuz. Elə isə arxada qalan xəstə, qadın və uşaqlarla bərabər siz də evdə oturun!"