Surə 9 · Cüz 10

At-Tawbah · 9:72

وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

72. Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları cən­nətlər və Ədn cənnətlə­rində gözəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğurdur.

Təfsir

Allah Ona iman edən kişilərə və qa­dınlara qəsirləri al­tından çay­lar axan, için­də əbədi qa­lacaqları, heç bir zaman orada ölməyəcəkləri və nemətləri tükənmək bilməyən cən­nətlərə daxil edəcəyinə və həmçinin Allah onlara əbədi qalacaqları cənnətlərdə onları gözəl məskənlərə varis edəcəyinə vəd vermişdir. Bu, böyük uğurdur. Heç bir uğur buna bərabər ola bilməz.

Oxuyucuda aç - Surəni tam oxu