Surə 9 · Cüz 10
At-Tawbah · 9:67
الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُمْ مِنْ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنْكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ
67. Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
Təfsir
Münafiq kişilər və qadınlar nifaqda bir-birinin tayıdırlar. Onlar möminlərin tam əksidirlər. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı işlər görməyi isə qadağa edərlər və əllərində olan var-dövlətdən xəsislik göstərərək Allah yolunda xərcləməzlər. Onlar Allaha itaət etməyi tərk etdilər, Allahda onları xeyir əməllərə müvəffəq etmədi. Həqiqətən, münafiqlər Allaha itaət etmək yolunda uzaq olan, haqq yolu tərk edib, özlərinə asilik və zəlalət yolunu tutan kimsələrdir.