Surə 9 · Cüz 10

At-Tawbah · 9:64

يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ

64. Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”.

Təfsir

Münafiqlər, Allah Öz Elçisinə bir surə nazil edib, onların qəlblərində gizlətdikləri küfürü möminlərə xəbər verməsindən qorxurlar. Ey Peyğəmbər! De: "Ey Münafiqlər! Siz is­teh­zanızda və dinə tənə etməyinizdə davam edin! Şüb­həsiz ki, Allah surə nazil etməklə yaxud da ki, qəlblərinizdə olanı Peyğəmbərə xəbər verməklə qorxduğunuzu üzə çıxaracaqdır".

Oxuyucuda aç - Surəni tam oxu