Surə 9 · Cüz 10
At-Tawbah · 9:61
وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِلَّذِينَ آمَنُوا مِنْكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ
61. Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “O hər sözü eşidən bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır.
Təfsir
Münafiqlərdən elələri də var ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həlim qəlbli olduğunu görüb, ona sözlə əziyyət verərək: "O, hər deyilən sözə inanır, haqqla batilin arasını ayırd edə bilmir!" - deyirlər. Ey Peyğəmbər onlara belə de: "Allahın Elçisi yalnız xeyir sözlər eşidər. O, Allaha və sadiq möminlərin ona verdiyi xəbərlərə inanar. Onun Peyğəmbər göndərilməsi ona iman gətirən kimsələr üçün bir rəhmətdir". Allahın Elçisinə hər hansı bir əzab-əziyyət verənləri isə ağrılı-acılı bir əzab gözləyir.