Surə 9 · Cüz 10
At-Tawbah · 9:59
وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِنْ فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ
59. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– deyəydilər.
Təfsir
Kaş ki, sədəqələrin bölümü zamanı sənə nöqsan tutanlar Allahın onlar üçün təyin etdiyi və Allahın Elçisinin onlara verdiyi paya razı qalıb: "Allah bizə yetər. Allah bizə Öz lütfündən və həmçinin, Onun Elçisi də Allahın ona əta etdiyindən bizə verəcəkdirdə. Allah bizə öz lütfündən bəxş etmək üçün biz yalnız tək Allaha rəğbət bəsləyirik"– deyəydilər. Əgər onlar belə etsəydilər, bu onlar üçün sənə nöqsan tutmaqdan daha xeyirli olardı.