Surə 9 · Cüz 10
At-Tawbah · 9:55
فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ
55. Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir.
Təfsir
Ey Peyğəmbər! Münafiqlərin var-dövlətinin və oğul-uşağlarının çoxluğundan heyrətlənib, heçdə sənə xoş görsənməsin. Əldə etdikləri var-dövlətləin və oğul-uşağlarının aqibəti onlar üçün pisdir. Allah onların dünya həyatında ölənə qədər bunları cəm etmələrini onlar üçün bir əzab, məşəqqət etmişdir, axirətdə isə cəhənnəmin ən aşağı təbəqəsində əbədi qalmaqla onları əzaba düçar edəcəkdir.