Surə 9 · Cüz 10

At-Tawbah · 9:49

وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

49. Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır.

Təfsir

Münafiqlərdən sənə: "Ey Allahın Rəsulu! Mənə döyüşə getməməyə izin ver, düşmən -Rum- qadınlarını görüb günaha batmamaq üçün məni cihada çıxmağa məcbur etmə!"– deyərək özlərinə cürbəcür bəhanələr gətirən kimsələrdə vardır. Doğrusu onlar, idda etdikləri günahdan daha da böyügünə bat­mış­lar. Bu isə, nifaq və döyüşdən geridə qalmaq fitnəsidir. Şübhəsiz ki, qiyamət günü cə­hən­nəm kafirləri hər bir tərəfdən əhatə edəcəkdir. Bu zaman cəhənnəmin əzabından kimsə nə qaçıb canını qurtara, nə də ki, ondan qaçmağa bir yer tapa bilər.

Oxuyucuda aç - Surəni tam oxu