Surə 9 · Cüz 10

At-Tawbah · 9:46

۞ وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَٰكِنْ كَرِهَ اللَّهُ انْبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ

46. Əgər onlar döyüşə çıx­maq istə­səy­dilər, mütləq ona hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların döyüşə getməsini istə­mə­di və on­la­rı saxladı. Onlara: “Evdə otu­ranlarla bərabər, siz də oturun!”– de­yildi.

Təfsir

Əgər onlar Allah yolunda səninlə döyüşə çıx­maq istə­klərində sadiq olsaydılar bu zaman döyüşə çıxmaq üçün hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların səninlə birgə döyüşə çıxmalarını istə­mə­di və on­la­ra döyüşə çıxmağı ağır göstərdi və beləliklə də onlar, evlərində qərar tutmağı döyüşə çıxmaqdan üstün gördülər.

Oxuyucuda aç - Surəni tam oxu