Surə 9 · Cüz 10

At-Tawbah · 9:4

إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

4. Saziş bağladıqdan sonra onu poz­mamış və sizin əleyhi­nizə heç kəsə yar­dım göstər­mə­miş müşrik­lər istisnadır. On­­lar­la olan mü­qa­vilənizi, müd­dəti bi­tənədək yerinə yetirin. Həqi­qətən, Allah müt­təqi­ləri sevir.

Təfsir

Saziş bağladıqdan sonra əhdlərinə vəfalı olub, onu poz­mayan müşriklər əvvəldə qeyd edilən hökmdən müstəsnadırlar. On­­lar­la olan əhdlərinizə, müd­dəti sona çatanadək vəfalı olun. Həqi­qətən, Allah, əhdlərinə vəfalı olaraq Onun əmrlərinə tabe olan və özünü xəyanətdə qoruyaraq Allahın qadağan etdiyi şeylərdən uzaq duran müt­təqi­ləri sevər.

Oxuyucuda aç - Surəni tam oxu