Surə 9 · Cüz 10

At-Tawbah · 9:38

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ

38. Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda dö­yüşə çıxın!”– de­yil­dikdə yeri­nizdə qaxı­lıb qalırsınız? Ol­ma­ya, axirətdən daha çox dünya hə­yatından razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirətlə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir.

Təfsir

Ey Allaha və Onun Rəsuluna iman gətirib, Allahın şəriətinə əməl edən kimsələr! Sizə nə olub ki, Allah yolunda düşməninizlə döyüşməyə çağırıldığınız zaman ləngidiniz və evlərinizdə qərar tutub qaldınız? Ol­ma­ya, fani dünya həyatını və onun keçici ləzzətlərini, Allah yolunda cihad edən mücahidlər üçün axirətdəki əbədi qalan nemətlərə dəyişməyə razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirət nemətləri ilə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir. Axı ağıl sahibi fani olan bir şeyi əbədi qalan şeydən, alçağı əzəmətlidən neçə də üstün tuta bilər?!

Oxuyucuda aç - Surəni tam oxu