Surə 9 · Cüz 10
At-Tawbah · 9:22
خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
22. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır.
Təfsir
Onlar o cənnətlərdə əbədi qalacaqlar. Bu onların dünyada ikən etdikləri saleh əməllərinin mükafatıdır. Şübhəsiz ki, dini məhz Allaha məxsus edərək Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinən kimsələr üçün Allah yanında böyük mükafat vardır.