Surə 9 · Cüz 10

At-Tawbah · 9:2

فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ

2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir.

Təfsir

Ey müşriklər! Elə isə yer üzündə dörd ay müddətində əmin-amanlıqla gəzib dolaşın. Bu müddət bitdikdən sonra sizin heç bir toxunulmazlıq və əhdiniz yoxdur. Siz nə qədər Allaha küfür etsəniz də, Onun əzabından qaçıb yaxa qur­ta­ra bil­məyəcəyinizə yəqin olun və bilin ki, Allah kafirləri bu dünya da ölüm və əsir düşməklə, axirətdə isə onları cəhənnəm oduna varid etməklə rüsvay edəcəkdir. Allahın bu hökmü, əhdlərini pozan və ya daimi əhdləri olub, əhdlərini pozmayan kafirlərə aiddir. Amma əhdləri hətta dörd aydan çox olaraq müəyyən bir vaxta qədər əhd bağlamış kafirlərə gəldikdə isə belə kimsələrin əhdləri, əhd bağladıqları vaxtın bitməsinə kimidir.

Oxuyucuda aç - Surəni tam oxu