Surə 9 · Cüz 10
At-Tawbah · 9:13
أَلَا تُقَاتِلُونَ قَوْمًا نَكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُمْ بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
13. Məgər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
Təfsir
Ey möminlər! Əhd-peymanlarını pozan, Dərun-nədva da bir yerə yığışıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Məkkədən çıxarmaq üçün məşvərət edən, özləri də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxın dostu və sirdaşı olan Xuzəah qəbiləsinə qarşı, Qureyişin yaxın dostu və sirdaşı olan Bəkr qəbiləsinə yardım edərək sizinlə döyüşü birinci başlayan bir camaatla nə üçün vuruşmursunuz? Məgər onlardan qorxub, onlarla döyüşməkdən çəkinirsinizmi? Əgər siz həqiqi möminsinizsə, daha çox Uca Allahdan qorxmalısınız.