Surə 9 · Cüz 11

At-Tawbah · 9:122

۞ وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

122. Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər.

Təfsir

Düşmən sizi məğlub edib axırınıza çıxmaması üçün, möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Qoy onlardan bir dəstə Allah yolunda cihada çıxsın, bir dəstə də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) qalıb, ondan Quranı və şəri əhkamları öy­rən­sinlər və öz camaatı döyüşdən ge­ri qayıtdıq­ları zaman onlara Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib öyrəndiklərini öyrətsinlər. Bəlkə, onlar Allahın əmrlərinə tabe olub, qadağalarından uzaq durmaqla Allahın əzabından çəki­nələr. Bu hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinə ətrafında olan qəbilələrlə döyüş üçün səhabələrindən bəzilərini seçib göndərdiyi zaman baş vermişdir.

Oxuyucuda aç - Surəni tam oxu

At-Tawbah 9:122 · Tlawati