Surə 9 · Cüz 11

At-Tawbah · 9:120

مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُمْ مِنَ الْأَعْرَابِ أَنْ يَتَخَلَّفُوا عَنْ رَسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنْفُسِهِمْ عَنْ نَفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَيْلًا إِلَّا كُتِبَ لَهُمْ بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

120. Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz.

Təfsir

Mədinə əhalisinə və onların ətrafında yaşayan bədəvilərə Allahın elçisi (sallallahu aleyhi və səlləm) döyüşə çıxdığı zaman ondan geri qalıb, öz canlarının hayına qalaraq, belə bir çətin gündə Allahın elçisini (sallallahu aleyhi və səlləm) tək buraxmaq yaraşmaz. Əksinə, onlar belə bir gündə onun canını qoruyaraq öz canlarını fəda etməlidirlər. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirlərin qəzəinə səbəb ola biləcək zəbt edilən elə bir yer, onları ölürmək, əsir götürmək və ya onlardan qənimət əldə etmək kimi düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində Allah onlara yaxşı bir əməlin savabını yazıb, bunu onlardan qəbul etməsin. Hə­­qiqətən, Allah yaxşı iş görənlərin müka­­fatını puç etməz. Əksinə onların mükafatını kamil şəkildə verər və onlar üçün bu mükafatı daha da artırar.

Oxuyucuda aç - Surəni tam oxu

At-Tawbah 9:120 · Tlawati